Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" ilə bağlı ekskursiya təşkil olundu.

11 yanvar 2023 | 16:42

2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı, rayonda silsilə tədbirlərin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq,  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat tipli gimnaziya şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi. Şagirdlər dahi şəxsiyyətin zəngin irsini, çoxşaxəli həyat fəaliyyətini və rayonumuza səfərlərini özündə əks  etdirən fotostend və videoçarxla yaxından tanış oldular.

Keçidlər