Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu Goranlı kəndində Vətən müharibəsi Şəhidimiz gizir İxtiyar İlqar oğlunun ildönümü mərasimi keçirildi.

14 oktyabr 2022 | 16:23

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallarla birgə, Goranlı kəndindən  Vətən müharibəsi  Şəhidimiz  Azərbaycan Ordusunun  XTQ-nin  giziri  İxtiyar İlqar oğlunun ildönümü mərasimində iştirak etdi,   Şəhidimizin məzarı ziyarət olundu, ruhuna dualar edildi, əziz xatirəsi ehtiramla anıldı.

Gizir İxtiyar İlqar oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan  Şanlı Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə  savaşıb və  oktyabrın 6-da  Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

 Uzun müddət nəşi tapıla bilməyən,   Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunan və itkin düşməsindən 1 il sonra, 13 oktyabr  2021-ci ildə   nəşi  tapılaraq şəxsiyyəti müəyyən edilən  İxtiyar İlqaroğlu  14 oktyabr 2021 -ci il tarixində  Goranboy rayonunun Goranlı kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin   05.11.2021-ci il tarixli Sərəncamına əsasən, İxtiyar Əliyev ölümündən sonra, "Vətən uğrunda"  və  "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  ilə təltif edilib.

Keçidlər