Goranboy rayonu ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi və yolkənarı obyektlərin abadlaşdırılması işləri davam etdirilir.
24 iyun 2024 | 14:10
Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin qarşısının alınması və yolkənarı obyektlərin müasir arxitektur üslubda abadlaşdırılması ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən əməli tədbirlər davam etdirilir. Aparılan işlərlə yerində tanış olmaq məqsədi ilə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, ərazilərdə oldu, bu istiqamətdə tapşırıq və tövsiyyələrini bildirdi.