Goranboy rayonu ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
21 may 2024 | 13:16
Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq araşdırmalar davam etdirilir. Goranboy rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində Nadirkənd kəndi ərazisində qanunsuz olaraq qoyulmuş konteyner ərazidən götürüldü. Goranboy RİH aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.