Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu ərazisində qanunsuz tikintilərlə bağlı qanunamüvafiq tədbirlər davam etdirilir

05 iyul 2025 | 10:00

Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq  araşdırmalar davam etdirilir. Goranboy rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Sarovlu kəndi ərazisində Mahmudov Çərkəz Elxan oğlu tərəfindən qanunsuz olaraq qoyulmuş köşk ərazidən götürüldü.  Goranboy RİH  aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.

Keçidlər