Goranboy rayonu ərazisində əsas turizm marşurutları üzrə, yolkənarı obyektlərin yenidənqurma və abadlaşdırılması işləri davam etdirilir.
Goranboy rayonu tarixi və maddi-mədəni abidələri ilə zəngindir və ərazisi turizmin inkişafı üçün geniş potensiala malikdir. Burada vaxtı ilə qeydiyyata alınmış və yeni aşkar edilmiş tarixi və maddi-mədəniyyət abidlərinə turizm marşurutunun qurulması, ekskursiyaların təşkili məqsədəmüvafiq hesab olunur. Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələri, Rus Borisi, Yuxarı Ballıqaya, Buzluq, Erkeç, Mənəşli və Todan əraziləri turizmin inkişafı üçün çox əlverişlidir. İl ərzində, orta hesabla rayonumuza 25-30 min nəfər turist gəlir. Bundan başqa yay mövsümündə Respublikanın hər yerindən rayona turistlər gələrək fərdi yaşayış evləri kirayələyir. Rayon ərazisində turizmi inkişaf etdirmək məqsədi ilə əsasən, Goran-Tap Qaraqoyunlu-Talış (Naftalan-Səfikürd-Qaraçinar-Meşəli-Gülüstan-Aşağı Ağcakənd-Yuxarı Ağcakənd-Yuxarı Ballıqaya-Buzluq-RusBorisi) və Bakı-Qazax avtomobil yollarının (Goranboy-Göygöl, Goranboy-Todan-Mənəşli) istiqamətləri üzrə mənzərələr, meşə örtüyü, tarixi və maddi-mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur. COP29 ümumrespublika tədbirlərinə hazırlıq işləri və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, rayonumuzda həyata keçirilən silsilə tədbirlərə dəstək məqsədi ilə, Goranboy rayonununda qeyd olunan əsas turizm marşurutları üzrə turistlərin zövqünü oxşamaq, rayonumuz və ölkəmiz barədə xoş təsəüratlar yaratmaq üçün yolkənarı obyektlərin müasir arxitektur üslubda abadlaşdırılması, yenidən qurulması və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı, rayon İcra Hakimiyyəti tərəfindən əməli tədbirlər davam etdirilir.