Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu ərazisində 26.05.2023-cü il tarixdə baş vermiş təbii fəlakət-sel ilə bağlı məlumat:

26 may 2023 | 17:38

Bildiririk ki, 26.05.2023-cü il tarixdə günorta saatlarında, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində leysan yağışı nəticəsində Qaraçay çayında suyun səviyyəsi artmışdır. Yaranan sel suları 3 fərdi yaşayış evinin  həyətinə dolmuş, 14 baş iri buynuzlu mal-qaraya və 100 ədəd ev quşlarına ziyan vurmuşdur. RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri,  əraziyə müvafiq texnikalar cəlb edilməklə Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yollarının bərpa edilməsi istiqamətində operativ işlər aparır

Keçidlər