Goranboy rayonu Borsunlu kəndindən Vətən Müharibəsi Qazimiz Elmar Nəsirovun doğum günü ilə bağlı tədbir keçirildi.
44 günlük Vətən müahribəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən və növbəti müalicədən sonra evinə qayıdan Qazimiz, Goraboy rayonun Borsunlu kənd sakini, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlunun doğum günü ilə bağlı, Borsunlu kəndində tədbir keçirildi. Tədbirdə iştirak edən Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları Qazimizi təbrik etdilər. Elmar Nəsirov Vətən müharibəsi başlayarkən hərbi xidmətdə olub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılıb, fədakarlıqla döyüərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Elmar müharibənin 30 günündə Füzuli-Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanıb. Bir müddət ölkəmizdə müalicə aldıqdan sonra 2021 ci illin martından "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib. Elmar Nəsirov Prezdent İlham Əliyevin sərancamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü ” medalları ilə təltif edilib.