Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy Rayon ümumtəhsil məktəblərində yüksək nəticə göstərmiş, müxtəlif müsabiqələrdə fərqlənən şagirdlərlə görüş keçirildi

11 avqust 2025 | 18:06

Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin  Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 2024-2025-ci tədris ilində Goranboy rayon ümumtəhsil məktəblərində yüksək nəticə göstərmiş, eləcə də ötən tədris ilində müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərlə görüş keçirilib. Görüşdə rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev ətraflı çıxış edərək Azərbaycanda təhsilə olan dövlət qayğısını ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturunu gənclərimizin sağlam və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdıraraq, şagirdlərə gələcək təhsil fəaliyyətlərində uğurlar arzuladı.Tədbirin sonunda yüksək nəticə göstərən, müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr verildi.

Keçidlər