Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Polis şöbəsində “2 iyul- Azərbaycan Polisi Günü” ilə bağlı tədbir keçirildi.

02 iyul 2024 | 14:06

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı, rayon Polis şöbəsinin rəhbərliyi, polis əməkdaşları, rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallar iştirak etdilər. Tədbirdə öncə. Daxili İşlər Naziri General-polkovnik cənab Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxundu. Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik etdi. Tədbirin sonunda,  xidmətdə fərqlənən bir qrup polis  əməkdaşına Daxili İşlər Nazirinin və rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

Keçidlər