Goranboy rayon Mərkəzi Xəstəxanası-Publik Hüquqi Şəxsin akt zalında məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirmişdir.
18 noyabr 2022 | 18:52
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planına əsasən Səhiyyə işçiləri, Daxili işlər və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün Goranboy rayon Mərkəzi Xəstəxanası-Publik Hüquqi Şəxsin akt zalında məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirmişdir.