Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon komandası daha bir kuboka sahib oldu.

24 dekabr 2022 | 09:44

Bakıda keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb. Yarışda yüzdən çox atlet öz qüvvəsini sınayıb. Goranboy rayon komandası bu yarışda 8 idmançı ilə təmsil olunmuşdur. Müxtəlif çəki dərəcələri üzrə idmançımız İsa Rüstəmov 284 kq nəticə ilə qızıl medal, Sənan Quliyev 218 kq nəticə ilə II yeri, Xəlil Gəraylı 227 kq, və İmaməli Əliyev 230 kq nəticə ilə III yeri qazanıblar. Həmçinin kişilər arasında komanda hesabı ilə Goranboy 182 xalla 2-ci yeri qazanıb.

Keçidlər