Goranboy rayon İcra Hakimiyyətinin başçısı Şəhid analarını ziyarət etdi.
31 iyul 2021 | 03:38
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birgə əslən Goranboydan olan Mingəçevir şəhərində yaşayan Şəhid analarını ziyarət etdilər. Görüş zamanı Şəhidlərimizin 44 günlük Vətən Müharibəsində göstərdikləri şücaətdən və həyat yollarından danışıldı. Azərbaycan xanımının namus simvolu, UNESCO-nun mədəni irsinə salınmış kəlağayı və İslam dininin müqəddəs kitabı - Qurani Kərim Şəhid analarına təqdim edildi.