Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Sağlamlıq Klinikasının fəaliyyəti ilə tanış oldu

14 may 2026 | 15:17

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ərazisində fəaliyyət göstərən Sağlamlıq Klinikasında vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsi, yaradılmış şərait və əhalinin, xüsusi ilə şəhid ailələri və qazilərin sağlamlığının qorunması istiqamətində görülən işlərlə tanış olaraq klinikada çalışan həkim və tibb personalına sakinlərə keyfiyyətli tibbi xidmətin göstərilməsinin vacibliyini qeyd etdi. Baxış zamanı müəssisənin maddi-texniki bazası, müayinə otaqları və tibbi avadanlıqlar nəzərdən keçirilərək, pasiyentlərin rahatlığı və müalicə prosesinin səmərəli təşkili istiqamətində görülən işlər yüksək qiymətləndirildi. Sonda klinikanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, vətəndaş məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən biri olduğu vurğulandı.

Keçidlər