Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun “Canbaz” yaylaq zonasında oldu, burada köç etmiş heyvandarlııq təsərrüfatlarına baş çəkdi.
08 avqust 2022 | 11:30
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə rayonun “Canbaz” yaylaq zonasında oldu, burada köç etmiş heyvandarlııq təsərrüfatlarına baş çəkdi və onların problemləri ilə maraqlandı. Fermerə baş çəkən İcra başçısı heyvanlara vaxtında zəruri baytarlıq xidmətinin göstərilməsi, o cümlədən vaksinasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı söhbətlər apardı.