Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərində inşa edilən və 200 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın tikinti işləri ilə yerində tanış oldu.

21 sentyabr 2023 | 11:29

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərində inşa edilən və   200 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın tikinti  işləri ilə yerində tanış oldu.


Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Hazırda Goranboy şəhərində özəl tibb müəssisəsi - Medlife Hospital inşa olunur. Cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tuutulan  hospitalda, ambulator və stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri,  200-dən çox həkim və digər xidmət personalı fəaliyyət göstərəcək.

Keçidlər