Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhəri 1 nömrəli tam orta məktəbində keçirilən son zəng tədbirində iştirak etdi.
Rayonun digər rəhbər şəxslərinin, təhsil işçilərinin, çoxsaylı şagird və müəllim kollektivinin, Şəhid ailələrinin, Qazilərin və valideynlərin toplaşdığı tədbidə çıxış edən İcra başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılması, yeni məktəblərin tikintisi və əsaslı təmiri, təhsil müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılması, təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində gördüyü işlər, bu sahəyə göstərilən xüsusi diqqət və qayğı barədə danışdı. İcra Başçısı cari ilin yanvar ayında istifadəyə verilmiş və müasir tələblərə cavab verən 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb binasının Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında inşa edildiyini, hazırda cənab Prezidentimizin müvafiq Sərəncamları əsasında Qaraçinar və Tap kənd məktəblərinin də əsaslı təmir-bərpa işlərinin aparıldığını vurğuladı. Məktəblərimizdə vətənpərvər övladların yetişdiyini vurğulayan rayon rəhbəri doğma yurdlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğuladı və valideynləri, şagirdləri, müəllimləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik etdi.