Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Azəriqaz”ın Gəncə Regional Qaz İstismarı İdarəsinin rəisi Taleh Şamradovla görüşdü, rayonda əhalinin fasiləsiz və yüksək təminatlı təbii qaz təhcizatı və dağlıq ərazidə yerləşən 7 yaşayış məntəqəsinə qaz xəttlərinin çəkilməsi, həmçinin yeni fərdi yaşayış evlərinin layihə-sənədləşmə işlərinin aparılması ilə bağlı məsələlər müzakirə edildi.
31 may 2023 | 11:02
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Azəriqaz”ın Gəncə Regional Qaz İstismarı İdarəsinin rəisi Taleh Şamradovla görüşdü, rayonda əhalinin fasiləsiz və yüksək təminatlı təbii qaz təhcizatı və dağlıq ərazidə yerləşən 7 yaşayış məntəqəsinə (Yuxarı Ballıqaya, Börü, Buzluq, Erkeç, Mənəşli, Todan və Gürzallar kəndlərinə) qaz xəttlərinin çəkilməsi, həmçinin yeni fərdi yaşayış evlərinin layihə-sənədləşmə işlərinin aparılması ilə bağlı məsələlər müzakirə edildi. Hazırda, rayonda təbii qaz təminatı 96,3 faiz təşkil edir.