Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı ilk dərs günü ilə bağlı Tap Qaraqoyunlu kənd məktəbində oldu.

23 sentyabr 2021 | 09:30

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə ilk dərs günü ilə bağlı, Tap Qaraqoyunlu kənd məktəbində oldu. İlk öncə Tap Qaraqoyunlu kənd məktəbində Şəhid, Milli Qəhrəman Niyazi Aslanovun büstünü ziyarət etdilər. Tədbirdə çıxış edən İcra  başçısı Məhərrəm Quliyev müəllimləri, valideynləri və şagirdləri təbrik edərək, Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışdı,  Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin davam etdirildiyini, bu tədbirlər nəticəsində ölkəmizdə, o cümlədən, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini bildirdi.

 

Keçidlər