Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Həcc ziyarətinə yola düşəcək şəhid ailələri ilə görüşdü.

18 iyun 2023 | 09:45

Goranboy rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev  Milli Məclisin deputatı Ağalar Vəliyevin maddi dəstəyi ilə bu il Həcc ziyarətinə yola düşəcək  şəhid ailələri ilə  görüşdü. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin: Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.”  sözlərini vurğulayan  İcra Başçısı ölkədə, o cümlədən rayonumuzda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini icmalar və din xadimləri ilə dövlət orqanlarının əlaqəli işinin təşkili və dini-mənəvi dəyərlərimizin qorunması sahəsində dövlət siyasətinin uğurla  həyata keçirildiyini bildirdi. Məhərrəm Quliyev, bu il  həcc ziyarətinə şəhid ailələrindən olan şəxslərin göndərilməsini ölkəmizdə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının bir nümunəsi kimi dəyərləndirdi və zəvvarlara uğurlar arzuladı. İcra Başçısı, ənənəyə uyğun olaraq, ziyarət zamanı Dövlətimiz, Xalqımız, Prezidentimiz, Ordumuz, Şəhidlərimiz və Qazilərimiz üçün dualar edilməsini arzuladığını bildirdi.

 

Keçidlər