Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Dəliməmmədli şəhərində yerləşən “Nazim-1001” MMC məxsus istehsal və topdan satış mərkəzi ilə yaxından tanış oldu.
01 iyul 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Dəliməmmədli şəhərində yerləşən “Nazim-1001” MMC məxsus istehsal və topdan satış mərkəzi ilə yaxından tanış oldu.
İcra başçısına məlumat verildi ki, ümumi tikinti sahəsi 900 kv. metr olan “Nazim-1001” MMC-nin fəaliyyətinə 1995-ci ildə başlamışdır. Kiçik müəssisə statusunda fəaliyyətinə başlayan firma avtomobil ehtiyyat hissələri və sürtkü yağlarının idxalı ilə məşğul olmuşdur. Öz biznes sahəsini genişləndirərək akkumlyator, təkər, filtr idxalına başlamış sonradan dünyanın aparıcı markalarının Azərbaycan üzrə distributorluq fəaliyyətini həyata keçirməyə başlamışdır. Şirkət 17 ölkə ilə əməkdaşlıq edir. Şirkətin fəaliyyəti motor və sənaye yağlarının, akkumlyatorların, şin, filtr və ehtiyat hissələrin idxalı və satışı ilə məşğul olmaqdır. Mərkəzdə hazırda 105 nəfər çalışır. Cənab Məhərrəm Quliyev mərkəzin gələcək inkişafı, yeni iş yerlərinin yaradılması ilə bağlı öz tapşırıq və tövsiyələrini verdi.