Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 02 may 2019-cu il tarixdə Uşaq və ailələrə dəstək mərkəzində oldu

02 may 2019 | 16:00

Son illər cənab Prezident İlham Əliyev  və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fiziki və əqli cəhəttdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasına təmin etmək məqsədi ilə mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biridə Goranboy rayonunda reallaşdırılır. Hazırda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, Uşaq və ailələrə dəstək mərkəzinin yeni inzibati binasının tikintisi başa çatmaq üzrədir. Məhz bu məqsədlə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 02 may 2019-cu il tarixdə Uşaq və Ailələrə Dəstək Mərkəzində oldu. İcra Başçısına məlumat verildi ki, 4300 kv.metr torpaq sahəsində yerləşən binanın tikintialtı sahəsi 868 kv.metr təşkil edir. Ümumilikdə 24 otaqdan ibarət olan binada uşaqların təlim tərbiyyəsi və əylənməsi üçün hər cür şərait yaradılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev mərkəzin həyətinin daha yaxşı abadlaşdırılması üçün öz tövsiyələrini verdi.

 

Keçidlər