Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin 09 fevral 2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı məlumatı.

11 fevral 2022 | 01:10

Bildiririk ki , Goranboy rayonu Kəpənəkçi kənd sakini, 1996-cı il təvəllüdlü, 44 günlük  Vətən müharibəsi iştirakçısı Həsənov Sərdar Rüstəm oğlu,  yeni inşa edilmiş yaşayış evinə elektrik enerjisi və təbii qazın çəkilməməsinə etiraz olaraq, 09 fevral 2022-ci il tarixdə, saat 16:00-16:15 radələrində rayon İcra Hakimiyyətinin inzibati binası önündə özünü yandırmağa cəhd göstərmiş, polis əməkdaşları tərəfindən qarşısı alınmış, lakin  yüngül yanıq xəsarəti almış və rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Məlumat üçün bildiririk ki, Həsənov Sərdar Rüstəm oğlu sosial məsələləri ilə bağlı müraciətləri ilə əlaqədar olaraq,  dəfələrlə RİH-nin Başçısı və məsul əməkdaşları tərəfindən qəbul edilmiş, yaşayış evinə 200 metr məsafədən elektrik enerjisi və təbii qazın çəkilməsi məqsədi ilə, aidiyyəti üzrə ASAN Xidmətə müraciət etməsi barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilmişdir. Bundan əlavə, ona sosial durumu (kommunal xərclərinin ödənilməsi) ilə bağlı köməklik göstərilməsi məqsədi ilə müəyyən məbləğdə, dəfələrlə  maddi və ərzaq yardımları  göstərilmiş, İrəvanlı kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında Əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi  və mədəni həyatın bütün sahələrinə  aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını  təmin edir. Bir daha bildiririk ki, bəzi sosial şəbəkələrdə yerləşdirilən informasiyalar böhtan xarakterlidir, tam əsassızdır. Bu cür yazılar goranboyluların fikri və münasibəti deyil, kimin və ya kimlərinsə şəxsi, qərəzli yanaşmalarıdır.

 

 

Keçidlər