Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində, “zorla ata-baba yurdlarından didərgin salınmış Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı tarixi ədalətin bərpası və milli qürurun təcəssümüdür” mövzusunda tədbir keçirildi

18 iyun 2025 | 16:07

Goranboy rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun birgə təşkilatçılığı ilə Goranboyda yaşayan Qərbi Azərbaycandan olan soydaşlarımızın kompakt yaşadığı ərazi İcra nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qərbi Azərbaycan İcmasının əsas məqsədi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verildi. Qeyd edildi ki, zorla ata-baba yurdlarından didərgin salınmış Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı həm tarixi ədalətin bərpası, həm də milli qürurun təcəssümü kimi qaçılmaz və təmin olunmalı bir hədəfdir. Bu istiqamətdə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəsna xidmətləri xüsusi qeyd olunub. Dövlət başçısının Qərbi azərbaycanlıların haqq işinə verdiyi yüksək diqqət və göstərdiyi dəstək, eləcə də bu sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasəti icmanın fəaliyyətinə böyük ruh yüksəkliyi verir.

Keçidlər