Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirildi.
04 iyul 2019 | 07:11
03 iyul 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev vətəndaşların qəbulunu keçirdi. Qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Sakinlər öz problemlərini, təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması, elektrik enerjisi və təbii qazla bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini dinləyən cənab Məhərrəm Quliyev, səsləndirilən bir çox problemlərin əksəriyyətinin yerindəcə həlli barədə konkret tapşırıqlar verdi. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırıldı.