Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri; problem və təklifləri dinlənildi.

27 noyabr 2024 | 16:10

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulları keçirilir, onların problem və müraciətləri dinlənilir. Bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında,  rayon İcra Hakimiyyətinin Başçısı və İcra Başçısı Aparatının məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə nöbvəti qəbul keçirildi. Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparıldı və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədmüvafiq hesab edildi.

Keçidlər