Goranboy rayon İcra Hakimiyyətində seminar keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində, İcra Hakimiyyəti Başçısı Aparatı əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və yerli bələdiyyələrin iştirakı ilə seminar keçirildi. Seminarda, vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, “Heydər Əliyev ili” ilə bağlı Tədbirlər Planının icrası, DNİS üzrə verilən tapşırıqların icrası vəziyyətinin təhlili, Şəhid ailələri və Qazilərlə görüşlərin davam etdirilməsi, təsərrüfatbaşına uçot kitabklarının elektron baza sistemində dəqiqləşdirilmə və yenilənmə işlərinin yerinə yetirilməsi, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlərin aparılması, Goranboy şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.