Goranboy rayon İcra Hakimiyyətində, “rayon ərazisində aparılan tikinti işlərinin memarlıq, şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi” ilə bağlı, iclas keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi, aidiyyəti məsul şəxslərin, inzibati ərazi dairələri üzrə icra nümayəndələrin və yerli bələdiyyələrin birgə iştirakı ilə, “rayon ərazisində aparılan tikinti işlərinin memarlıq, şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi” ilə bağlı, iclas keçirildi. İclasda, rayon ərazisində heç bir hüquqmüəyyənedici sənəd olmadan qanunsuz tikinti işlərinin qarşısının alınması və gələcəkdə aparılacaq tikinti işlərinin memarlıq, şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində, Goranboy RİH tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə, qanunamüvafiq tədbirlərin görülməsinin davam etdiriləcəyi bildirildi, bununla bağlı, müvafiq tapşırıq və tövsiyyələr verildi.