Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində qanunsuz tikintilərə qarşı görüləcək tədbirlər müzakirə olundu

28 aprel 2026 | 16:51
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinin nümayəndə və bələdiyyələri ilə görüş keçirərək, qanunsuz tikinti,zəbt olunmuş torpaq sahələrində hasarlama işlərinin qarşısının alınması ilə bağlı vacib məsələləri müzakirə etdi.
Görüşdə, qanunsuz torpaq istifadəsinin qarşısının alınması, eyni zamanda qanunsuz tikintilərin dayandırılması üçün müvafiq hüquqi tədbirlərin görülməsi məsələləri müzakirə edildi. İcra başçısı, bu sahədə yerli bələdiyyələrin rolunun artırılması, fəaliyyətlərinin gücləndirilməsi və əlaqəli işin təkmilləşdirilməsi məqsədilə tapşırıq və tövsiyələr verdi.
Keçidlər