Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində operativ müşavirə keçirildi.

06 noyabr 2021 | 08:23

Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev  rayonun digər rəhbər şəxslərinin, xidmət təşkilatları rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli  bələdiyyələrin iştirakı ilə, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında aparılan  vaksinasiya işləri,  kənd təsərrüfatı işlərinin gedişi, Qanunsuz tikililər, bələdiyyə torpaqlarından qanunsuz istifadələr, hərbi xidmətə çağırışla bağlı işin təşkili, ictimai işlər sahəsində dürüstlüyün təmin olunması və “8 noyabr-Zəfər günü” ilə bağlı rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planının icrasının təmin edilməsi ilə əlaqədar operativ müşavirə keçirdi.Müşavirədə, qeyd olunan məsələlər üzrə geniş və açıq müzakirələr aparıldı.
Müşavirə,  Covid-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin tələb və qaydalarına uyğun olaraq keçirildi.

 

Keçidlər