Goranboy rayon İcra Hakimiyyətində müşavirə keçirildi.
21 sentyabr 2022 | 12:22
Goranboy rayon İcra Hakimiyyətində İcra hakimiyyəti Başçısı Aparatı işçilərinin, RİH yanında İctimai Şuranın üzvlərinin, xidmət sahələrinin rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.