Goranboy rayon İcra Hakimiyyətində kənd təsərrüfatı işləri ilə bağlı müşavirə keçirildi.
09 fevral 2023 | 12:38
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, ümumilikdə rayon ərazisində aparılan kənd təsərrüfatı işləri, o cümlədən Goranboy rayonu üzrə 2023-cü ilin pambıq əkini ilə bağlı istehsalçılar və emal müəssisələri arasında bağlanmış müqavilələr və torpaq sahələrinin şumlanması vəziyyəti barədə operativ müşavirə keçirildi. Müşavirədə pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil və müzakirə edildi, bununla bağlı rayon İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verildi.