Goranboy rayon İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirildi
19 may 2026 | 14:30
“İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, komissiyanın sədri Seymur Nazarov, komissiya üzvləri - Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyinin Şəmkir Regional şöbəsinin rəisi Ramin İsmayılov, Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyinin Yevlax Regional şöbəsinin rəisi Nicat Həsənov, BP-nin nümayəndəsi Abdulqadir Hüseynli, aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, idarə, müəssiə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.








