Goranboy rayon İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirildi
04 iyul 2025 | 09:27
“İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birini müavini Seymur Nazarov, Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyinin Şəmkir Regional şöbəsinin rəisi Ramin İsmayılov, Strateji Obyektlərin Mühafizəsi üzrə Dövlət Agentliyinin Yevlax Regional şöbəsinin rəisi Teyyub Hüseynov, BP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Sofuyev, aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr iştirak etdilər.








