Goranboy rayon İcra Hakimiyyətində inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti seminar keçirildi
17 iyul 2025 | 09:09
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi və Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması barədə, Goranboy rayon İcra Hakimiyyətində, inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə seminar keçirildi.








