Goranboy rayon İcra Hakimiyyətində iclas keçirildi
Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi və rayon İcra Hakimiyyəti başçısı Aparatı əməkdaşları, Dövlət Aqrar İnkişaf Mərkəzi və rayon Statistika idarəsinin rəhbər şəxslərinin birgə iştirakı ilə iclas keçirildi. İclasda, Goranboy rayonu üzrə bəzi bitkiçilik məhsullarının istehsal proqnozları barədə məlumatların dəqiqləşdirilməsi, mövcud qanunvericiliyin tələblərinə uyğun, vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, Şəhid ailələri və Qazilərlə yerlərdə görüşlərin davam etdirilməsi, “Konstitusiya və Suverenlik İli” ilə bağlı silsilə tədbirlərin keçirilməsi, Səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqların icra vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti və bu istiqamətlərdə verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə edildi.








