Goranboy rayon İcra Hakimiyyətində, əlaqədar təşkilatların birgə iştirakı ilə dövlət-din münasibətləri ilə bağlı tədbir keçirildi, maarifləndirici söhbətlər aparıldı.
24 iyul 2023 | 14:36
Goranboyda, rayon İcra Hakimiyyəti, DTX rayon şöbəsi, rayon Polis şöbəsi, digər əlaqədar xidmət sahələri əməkdaşlarının, dini icma rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələrin birgə iştirakı ilə dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə mövcud normal vəziyyətin qorunub saxlanılması və bu məqsədlə dini icmalarla aidiyyəti təşkilatların əlaqəli fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbir keçirildi, maarifləndirici söhbətlər aparıldı.