Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon icra hakimiyyətində "əhalinin sosial problemlərinin öyrənilməsi və həlli" məqsədilə işgüzar dəyirmi masa təşkil olundu

28 avqust 2025 | 11:01

Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısının, İcra Başçısı Aparatının aidiyyəti məsul şəxslərinin, Səfikürd, Tatarlı, Zeyvə və Şəfəq kəndlərini əhatə edən Səfikürd bələdiyyəsi və Borsunlu, Qazaxlar və Nadirkənd kəndlərini əhatə edən Borsunlu bələdiyyəsi sədrlərinin və qeyd olunan bələdiyyələrin əhatə olunduğu inzibati ərazi dairələri üzrə nümayəndələrin birgə iştirakı ilə təşkil olunan dəyirmi masada, əhalinin sosial problemlərinin və yaşayış məntəqələrində həlli vacib məsələlərin öyrənilməsi, ərazilərdə əsaslı abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi, bələdiyyələrin giriş lövhələrinin müasir üslubda qurulması, qanunsuz torpaq əkininin, istifadəsinin və qanunsuz tikinti işlərinin qarşısının alınması, bununla bağlı qanuna müvafiq tədbirlərin görülməsi və bu məqsədlə, yerli bələdiyyələrlə əlaqəli işin təkmilləşdirilməsi və genişləndirirlməsi məsələləri müzakirə olundu. Müzakirələrdə Səfikürd bələdiyyəsinin fəaliyyəti, o cümlədən yol infrastrukturunun yaxşılaşdırılması, kəndlərdə abadlıq, təmizlik işlərinin aparılması və növbəti mərhələlərdə əhalinin su təhcizatının tələbata uygun təmin edilməsi və gecə işıqlandırılmasının qurulması istiqamətlərində gördüyü işlər digər bələdiyyələrə də bir nümunə kimi göstərildi. İcra Başçısı, bu istiqamətlərdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə müvafiq tövsiyələrini verdi.

Keçidlər