Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların yenidən dəqiqləşdirilməsi və Elektron sistemə işlənilməsi, rayon ərazisində qanunsuz torpaq istifadəsi və tikinti hallarının, mövcud qanunvericiliyin tələbləri əsasında qarşısının alınması, Goranboy şəhər Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işləri və 02 fevral Respublika Gənclər Günü ümumrayon tədbirinin hazırlanması ilə bağlı ərtaflı müzakirələr aparıldı, müvafiq tapşırıq və tövsiyyələr verildi.