Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

30 yanvar 2023 | 11:23

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Heydər Əliyev ili ilə bağlı silsilə ümumrayon tədbirlərinin, müvafiq Tədbirlər Planına uyğun keçirilməsinin təşkil edilməsi, İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat iclaslarının nəticələri barədə arayışların təqdim edilməsi və Ümumrayon Hesabat İclasına hazırlıq,  Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, Təsərrüfatbaşına kitabların işlənilmə və dürüstləşmə vəziyyətinin yerlərdə monitoqinqinin aparılması, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, Goranboy şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri  müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

 

Keçidlər