Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, “Heydər Əliyev ili” ilə bağlı Tədbirlər Planının icrası, DNİS üzrə verilən tapşırıqların icrası vəziyyətinin təhlili, inzibati ərazi dairəsi üzrə Nümayəndəliklərdə keçiriləcək hesabat yığıncaqlarının təşkili və yerlərdə görülən işlərin sosial şəbəkələrdə təbliğatı işinin qurulması, Şəhid ailələri və Qazilərlə görüşlərin davam etdirilməsi, hazırkı hava şəraiti ilə əlaqədar ərazilərin (işıq , qaz , su , yol ) nəzarətdə saxlanılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlərin aparılması, Goranboy şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.