Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

19 dekabr 2022 | 11:12

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, “2022-ildə görülmüş işlər və 2023-cü ildə nəzərdə tutulan işlər ilə bağlı hesabat” ın Başçı yanında Şuranın növbəti iclasında müzakirəyə hazırlanması, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il-2023-cü ilin gəlişi ilə bağlı ümumrayon tədbirlərinin hazırlanması, bayram günlərində şəhid övladları ilə görüşlərin təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, Goranboy şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

Keçidlər