Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirildi
Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə “Rayon icra hakimiyyəti orqanlarının strukturlarının və ştat vahidlərinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş yeni nümunəvi struktura və ştat vahidlərinə uyğunlaşdırılması” ilə bağlı Aparat iclası keçirildi. İcra Başçısı tərəfindən bununla bağlı, müəyyən işlərin icrasının vaxtında təmin edilməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələr verildi. İclasda həmçinin, “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilmiş ümumrayon tədbirlərinin illik hesabatının hazırlanması, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ərəfəsində Şəhid övladları ilə görüşün təşkili, RİH Başçısı Aparatının illik hesabat arayışlarının və növbəti il üçün İş və Tədbirlər Planlarının təqdim olunması məsələləri müzakirə edildi.








