Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, yerlərdə səyyar qəbulların təşkili, ərazilərdə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə monitorinqlərin davam etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti və Şöbələr üzrə verilmiş tapşırıqların icrası vəziyyəti barədə Aparat iclası keçirildi. Qeyd olunan məsələlərlə bağlı, müzakirələr aparıldı, müvafiq tapşırıq və tövsiyyələr verildi.