Goranboy rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul olan məzunlarla görüş keçirildi.
10 sentyabr 2024 | 09:58
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşdü, tələbə adını qazanan məzunlarımızı, onların müəllim və valideynlərini təbrik etdi. Bildiririk ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində 77 ümumtəhsil, 2 məktəbdənkənar, 1 İnteqrasiya Təlimli İnternat tipli gimnaziya və 32 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2023-2024-cü tədris ilində 951 nəfər məzundan 460 nəfəri ali məktəblərə sənəd vermiş, həmin məzunlardan 398 nəfəri qəbul olmuşdur. Bunlardan: 500-600 arası bal toplayan 45 nəfər, 600-700 bal arası toplayan 16 nəfərdir. Həmçinin, 20 nəfər Qarabağ Universitetinə qəbul olmuşdur.