Goranboy rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Şura iclası keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 30 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları həsr olunmuş iclasında cənab Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Goranboy rayon İcra hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi.
Şura iclasında Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Arif Novruzov, Rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,KİV nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev məruzə ilə çıxış edərək qeyd etdi ki, istər illik, istər rüblük hesabatların keçirilməsi bir məqsəd daşıyır ki, onun da kökündə vətəndaş amili dayanır.Keçirilən bütün hesabat yığıncaqlarında idarə, müəssisə və təşkilat rəhbərlərinə vətəndaşlara göstərilən diqqət və qayğıda, göstərdikləri xidmətlərdə nümunəvi olmalarını, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılmasını çatdırmaqdır. Bu istiqamətdə tapşırıq və tövsiyələr verməkdir.
İcra başçısı çıxışında qeyd edib ki, 2019-cu il aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı öz çıxışında ötən il keçirilmiş prezident seçkiləri ərəfəsində aparılacaq islahatların anonsunu verərək islahatların yeni mərhələsinə qədəm qoyulacağını, islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılacağını qeyd etmişdir. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Dövlət başçısının Prezident seçkilərindən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı oldu. Bu fərmanla 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsaitin ödənilməsi basa çatmaq üzrədir. Deyə bilərik ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsindən, 50 milyon manatdan artıq hissəsi isə gömrük sahəsindən daxil olmuşdur. Bu iqtisadi göstəricilər islahatların bariz nümunəsidir. Bildiyimiz kimi, son illərdə həm sosial, həm infrastruktur sahələrində, insanların rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Minimum əmək haqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Bu ilin yanvar ayında “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı” qəbul edilmişdir. Dördüncü proqramın qəbul edilməsi önəmli hadisədir. Dördüncü proqram beş il ərzində icra ediləcəkdir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli fərmanından geniş şəkildə söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb. Məruzə ətrafında idarə və müəssisə rəhbərlərinin hesabatları dinlənildi. Daha sonra icra başçısı cənab Məhərrəm Quliyev iqtisadiyyatın ayrı-ayrı sahələrində idarə və müəssisələrin fəaliyyətində yol verdikləri nöqsanları diqqətə çatdırdı.Onların fəaliyyətinin konkret istiqamətləri barədə tapşırıqlar verdi. Şura iclası ciddi tənqid və özünü tənqid şəraitində keçdi.
Şura iclasında Prezident Administrasiyasının sektor müdiri Arif Novruzov çıxış etdi, Ölkə başçısının qarşıya qoyduğu konkret vəzifələrdən danışdı.