Goranboy rayon İcra Hakimiyyəti yanında yaradılmış işçi qrupunun iclası keçirildi
20 may 2026 | 10:10
2026-cı il may ayının 27-28-də qeyd olunacaq Qurban bayramı günlərində Goranboy rayonunda heyvanların kəsimi və satışının həyata keçirilməsi məqsədilə yaradılmış işçi qrupunun Goranboy rayon İcra Hakimiyyətində keçirilən iclasında qarşıdan gələn Qurban bayramı günlərində rayonda ictimai asayişin təmin olunması, sanitariya-gigiyena qaydalarına və baytarlıq normalarına əməl olunması məsələləri müzakirə edildi.
İclasdan sonra işçi qrupunun üzvləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən mərkəzləşdirilmiş heyvan kəsimi məntəqəsinə yerində baxış keçirilərək məntəqənin bayram günlərində fasiləsiz fəaliyyət göstərməsi üçün texniki təminat, sanitariya-gigiyena şəraiti və baytarlıq nəzarəti baxımından tam hazır vəziyyətdə olduğu müəyyən edildi.








