Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı, 459 şəhid və qazi ailəsinin hər birinə 200 manatdan olmaqla, ümumilikdə 91 800 manat maddi dəstək göstərildi.

30 dekabr 2022 | 11:30

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, bayram günlərində isə  onlara maddi dəstək və ərzaq sovqatları verilir. Goranboy rayon İcra Hakimiyyəti tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi  ilə bağlı, 459 şəhid və qazi ailəsinin hər birinə 200 manatdan olmaqla, ümumilikdə 91 800 manat maddi dəstək göstərildi.

 

Keçidlər