Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı, 446 şəhid və qazi ailəsinə maddi dəstək göstərildi

31 dekabr 2024 | 12:23

Möhtərəm Prezidentimiz İlham Əliyevin şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da bu istiqamətdə əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri müntəzəm davam etdirilir, bayram günlərində  onlara maddi dəstək göstərilir, ərzaq sovqatları verilir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi  ilə bağlı, 446 şəhid və qazi ailəsinin hər birinə 100 manatdan olmaqla, ümumilikdə 44 600 manat maddi dəstək göstərildi.

Keçidlər