Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti fərdi yaşayış evi yanmış vətəndaşa baş çəkdi.

28 sentyabr 2022 | 10:27

14 sentyabr 2022-ci il tarixdə, Goranboy rayonu Tatarlı kənd sakini 1966-cı il təvəllüdlü Babayev Azad Kalso oğluna məxsus, ümumi sahəsi 160 kv.m olan fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşmüşdür.

Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini baş vermiş hadisə ilə bağlı vətəndaşa baş çəkdi, mövcud durumla yerində tanış oldu və bununla bağlı, rayon  İcra Hakimiyyəti tərəfindən müvafiq köməkliyin göstəriləcəyini bildirdi.

Keçidlər